Kim Çen Inın bacısı Şimali və Cənubi Koreyanın birləşdirilməsinin tezləşdirilməsini təklif edib

Kim Çen Inın bacısı Şimali və Cənubi Koreyanın birləşdirilməsinin tezləşdirilməsini təklif edib Bu təklif müzakirə masasında əyləşənlərdə səmimi gülüşə səbəb olub
Digər ölkələr
27 Aprel , 2018 08:41
Kim Çen Inın bacısı Şimali və Cənubi Koreyanın birləşdirilməsinin tezləşdirilməsini təklif edib

Bakı. 27 aprel. REPORT.AZ/ Şimali Koreya liderinin bacısı Kim Yo Çjon Cənubi Koreya tərəfi ilə danışıqlar zamanı iki dövlətin birləşdirilməsinin tezləşdirilməsini təklif edib.

“Report” xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yon Çxan deyib.

"Kim Yo Çjon bildirdi ki, Koreyaların birləşdirilməsini sürətləndirmək lazımdır", — deyə TASS onun sözlərini sitat gətirib.

Mətbuat katibinin sözlərinə görə, bu təklif müzakirə masasında əyləşənlərdə səmimi gülüşə səbəb olub.

Son xəbərlər

Orphus sistemi