Yuxarı

Kim Çen In yaxın vaxtlarda Cənubi Koreyaya səfər edəcək

Kim Çen In yaxın vaxtlarda Cənubi Koreyaya səfər edəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In bildirib ki, o, Cənubi Koreya prezidenti Mun Çje İnin yaxın vaxtlarda Seula səfər etmək barədə təklifini qəbul edib.

Bu barədə "Report" "Ronxap" agentliyinə istinadən xəbər verir.

Hər iki lider həmçinin bildiriblər ki, sülh və nüvəsiz Koreya yarımadasının yaradılması üzrə aktiv səylərə sadiqliklərini təsdiq edirlər.

Cənubi Koreya lideri qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası Tonçxandakı hərbi poliqonunu birdəfəlik bağlayıb.

Mun Çje İn və Kim Çen In Pxenyanda danışıqların nəticəsinə əsasən razılaşma imzalayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi