Kim Çen In Si Szinpinin dəvəti ilə Çinə səfər edir

Kim Çen In Si Szinpinin dəvəti ilə Çinə səfər edir Bakı. 8 yanvar. REPORT.AZ/ KXDR lideri Kim Çen In Çin sədri Si Szinpinin dəvəti ilə bu ölkəyə səfər edir.
Digər ölkələr
8 Yanvar , 2019 03:45
Kim Çen In Si Szinpinin dəvəti ilə Çinə səfər edir

Bakı. 8 yanvar. REPORT.AZ/ KXDR lideri Kim Çen In Çin sədri Si Szinpinin dəvəti ilə bu ölkəyə səfər edir.

“Report” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Çin Kommunist Partiyası nümayəndəsinin məlumatına görə, Kim Çen In Gündoğar ölkəyə 7-10 yanvar tarixləri aralığında gələcək.

Bundan əvvəl Cənubi Koreya mətbuatı Şimali Koreyanın yüksəkvəzifəli məmurlarını daşımaq üçün nəzərdə tutulmuş xüsusi qatarın Çin sərhədini keçdiyini yazıblar və buradan KXDR liderinin Çinə səfərinin başlaya biləcəyini ehtimal ediblər.

Daha əvvəl Donald Tramp ilə Kim Çen Inın növbəti görüşünün mümkün yeri açıqlanıb.

Son xəbərlər

Orphus sistemi