Kim Çen In Trampla görüş üçün Vyetnama gəlib

Kim Çen In Trampla görüş üçün Vyetnama gəlib Bakı. 26 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla ikinci görüşünün keçiriləcəyi Vyetnama gəlib.
Digər ölkələr
26 Fevral , 2019 06:28
Kim Çen In Trampla görüş üçün Vyetnama gəlib

Bakı. 26 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla ikinci görüşünün keçiriləcəyi Vyetnama gəlib.

“Report”un məlumatına görə, bu barədə "Ryonhap" agentliyi bildirib.

Məlumata görə, Kim Çen In qatarla Lonq-Son əyalətinə gəlib. Bundan sonra o, avtomobilə minib və kortejlə Hanoya yollanıb.

Qeyd edilir ki, Kim Çen In bir neçə saat sonra Vyetnamın paytaxtına gələcək.

Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.

Son xəbərlər

Orphus sistemi