Yuxarı

Kim Çen In həyat yoldaşı ilə Pxenyanı yeni trolleybusda gəzib

Kim Çen In həyat yoldaşı ilə Pxenyanı yeni trolleybusda gəzib
Kim Çen In görülən işdən razı qalıb

Bakı. 4 fevral. REPORT.AZ/ KXDR lideri Kim Çen In paytaxt zavodunda istehsal olunmuş yeni trolleybusda Pxenyanı gəzib. Səfər zamanı onu həyat yoldaşı Li Sol Cu və Koreyanın Əmək Partiyasının nümayəndələri müşahidə ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In görülən işdən razı qalıb. Bundan əlavə, o, bu istiqamətdə işləri davam etməyə çağıraraq bildirib ki, bu, paytaxt nəqliyyatının idarəetməsini normallaşdırmağa imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi