Bakı. 6 aprel. REPORT.AZ/ "Ən-Nusra" cəbhəsi terror qruplaşmasının yaraqlıları Suriyanın şimal-qərbindəki İdlib şəhərində 300 dinc sakini girov götürüb.
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Livanın "əl-Məyadin" telekanalı xəbər verir ki, terrorçular insanları əl-Dana yaşayış məntəqəsindən qaçırıb. Telekanalın məlumatına əsasən, girovların arasında çox sayda uşaqlar var.
100 min əhalisi olan İdlib şəhəri martın 28-də "ən-Nusra" cəbhəsi terror qruplaşması tərəfindən ələ keçirilib və Rakkadan sonra terrorçuların nəzarətinə keçən ikinci şəhər olub.