KİV: Yaponiya 2019-ci ildə Kuril adaları üzrə razılığa gəlmək istəyir

KİV: Yaponiya 2019-ci ildə Kuril adaları üzrə razılığa gəlmək istəyir Bakı. 10 noyabr. REPORT.AZ/ Yaponiya hökuməti gələn il Rusiya ilə ərazi məsələsinə dair çərçivə sazişinin imzalanmasını planlaşdırır.
Digər ölkələr
10 Noyabr , 2018 12:10
KİV: Yaponiya 2019-ci ildə Kuril adaları üzrə razılığa gəlmək istəyir
tsargrad.tv

Bakı. 10 noyabr. REPORT.AZ/ Yaponiya hökuməti gələn il Rusiya ilə ərazi məsələsinə dair çərçivə sazişinin imzalanmasını planlaşdırır.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Yaponiyanın Baş naziri Sindzo Abe gələn həftə Sinqapurda Şərqi Asiya Sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin ilə gözlənilən görüş zamanı danışıqlar prosesinə dair müvafiq təkliflə çıxış etmək niyyətindədir.

Qeyd olunur ki, Yaponiya tərəfi 1956-ci il tarixli SSRİ və Yaponiyanın Birgə Bəyannaməsini təsdiq etmək və Kuril adlarına daxil olan İturup və Kunaşir adalarının ərazi mənsubiyyətinin həlli məqsədi ilə danışıqları davam etdirməyi planlaşdırır. 

Həmçinin rəsmi Tokio Moskva ilə 2019-ci ildə ərazi problemi üzrə çərçivə sazişi bağlamaq fikrindədir.

Son xəbərlər

Orphus sistemi