KİV: Xüsusi prokuror Trampın kürəkənini 7 saat sorğu-sual edib

KİV: Xüsusi prokuror Trampın kürəkənini 7 saat sorğu-sual edib Bakı. 24 may. REPORT.AZ/ ABŞ-da 2016-cı ilə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller bu ilin aprelində prezident Donald Trampın kürəkəni Cared Kuşneri 7 saat sorğu-sual edib.
Digər ölkələr
24 May , 2018 03:39
KİV: Xüsusi prokuror Trampın kürəkənini 7 saat sorğu-sual edib

Bakı. 24 may. REPORT.AZ/ ABŞ-da 2016-cı ilə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller bu ilin aprelində prezident Donald Trampın kürəkəni Cared Kuşneri 7 saat sorğu-sual edib.

"Report" xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

"Cared Kuşner bir il əvvəl 2016-cı ilin seçkilərinə müdaxilə ilə bağlı istənilən təhqiqatla əməkdaşlıq etməyə ilk razılaşanlardan biri idi. O, həmin vaxtdan araşdırmaya tam kömək edib və Konqresin nümayəndələri ilə dindirmədə iştirak edib. Kuşner həmçinin xüsusi prokurorun komandası ilə iki dəfə danışıb", - deyə telekanal Kuşnerin vəkili Abba Loueldən sitat gətirib.

Vəkil qeyd edib ki, onun müştərisi bütün məsələlər üzrə ətraflı cavablar verib. O, Müllerlə ilə söhbətin dəqiq tarixini açıqlamayıb və dindirmənin mahiyyəti barədə də şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi