KİV: Ukrayna Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulmaq niyyətindədir

KİV: Ukrayna Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulmaq niyyətindədir Rəsmi Kiyev bir neçə ssenari, o cümlədən hərbi dəstəyin nəzərdə tutulduğu plan hazırlayıb
Digər ölkələr
1 Fevral , 2016 10:53
KİV: Ukrayna Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulmaq niyyətindədir

Bakı. 1 fevral. REPORT.AZ/ Ukrayna Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ-a öz yardımını təklif edəcək. Hətta rəsmi Kiyev bir neçə ssenari, o cümlədən hərbi dəstəyin nəzərdə tutulduğu plan hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna hökumətindəki mənbəsinə istinadən "Independent" nəşri yazıb.

Məlumata görə, ölkənin Müdafiə Nazirliyi bu təşəbbüsünü Pentaqon rəhbəri Eşton Karterə göndərəcək.

Qeyd edək ki, Suriyada İŞİD yaraqlılarına qarşı hava əməliyyatlarını ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya həyata keçirir. Ötən ilin payızından etibarən Rusiya da aviazərbələrə başlayıb.

Son xəbərlər

Orphus sistemi