Yuxarı

KİV: Tramp Putinə ABŞ-ın silahlanma yarışında Rusiyaya qalib gələcəyini bildirib

KİV: Tramp Putinə ABŞ-ın silahlanma yarışında Rusiyaya qalib gələcəyini bildirib

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığında Kremlin rəhbərinə Moskvanın Vaşinqtonla silahlanma yarışına çıxacağı təqdirdə Birləşmiş Ştatların rəqibinə qalib gələcəyini bildirib.

"Report"un məlumatına görə, bu barədə "NBC News" xəbər verib.

"Əgər siz yenidən silahlanma yarışına başlamaq istəyirsinizsə, biz bunu təşkil edə bilərik, lakin yarışı mən udacam", - deyə telekanal prezidentdən sitat gətirib.

Telefon danışığında Amerika lideri Moskva ilə münasibətlərin gərginləşməsinə işarə etməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi