Yuxarı

KİV: Tramp G7 sammitinə səfərlərlə bağlı tərəddüd edir

KİV: Tramp G7 sammitinə səfərlərlə bağlı tərəddüd edir

ABŞ prezidenti Donald Tramp Fransanın Biarriç şəhərində bu gün başlayacaq G7 sammitində iştiraka vaxt itkisi ilə bağlı tərəddüd edib.

"Report"un məlumatına görə, bu barədə CNN telekanalı bildirib.

Qeyd edilir ki, Donald Tramp sammitin məhsuldar olub-olmaması ilə bağlı şübhələnir. 

Bu gün Fransanın Biarriç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq. Dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi