KİV: Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb

KİV: Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb Bakı. 8 noyabr. REPORT.AZ/ Tacikistanın şimalındakı Xucande şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus öldürülüb.
Digər ölkələr
8 Noyabr , 2018 10:47
KİV: Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb
Sputnik

Bakı. 8 noyabr. REPORT.AZ/ Tacikistanın şimalındakı Xucande şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus öldürülüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Soqdi vilayətinin güc strukturlarındakı mənbənin məlumatına görə, məhbuslardan biri mühafizəçini silahsızlaşdırmağa nail olub və avtomatı əlindən alaraq nəzarətçilərə və mühafizəçilərə atəş açmağa başlayıb. Məhbuslar cəzaçəkmə korpuslarından birini ələ keçiriblər.

Soqdi vilayətinin Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatırıb.

Son xəbərlər

Orphus sistemi