Bakı. 7 aprel. REPORT.AZ/ İsveç radiostansiyasının hadisə yerində olan müxbirinin sözlərinə görə, Stokholmun mərkəzində yük avtomobilinin insanların üzərinə hərəkət etməsi nəticəsində 5 nəfər həlak olub.
Bu barədə “Report” RİA "Novosti”yə istinadən xəbər verir.
“Reuters”in məlumatında isə bildirilir ki, İsveç polisi hadisə nəticəsində 3 nəfərin həlak olduğunu təsdiqləyib.
İsveç paytaxtında metro bağlanıb.
DPA agentliyinin məlumatına görə, Stokqolmda Hökumət Evi, parlament və Kral sarayı xüsusi qorunur.