KİV: Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər

KİV: Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər ABŞ kəşfiyyatı: "Çünki ölkə xarici yatırımdan asılı deyil"
Digər ölkələr
16 Avqust , 2017 02:22
KİV: Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər

Bakı. 16 avqust. REPORT.AZ/ Şimali Koreya özü raket üçün mühərrik istehsal edə bilər. Çünki ölkə xarici yatırımdan asılı deyil.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

"Bizdə Şimali Koreyanın idxal mühərrikdən asılı olmamasını güman edən kəşfiyyat məlumatı var. Reallıqda hesab edirik ki, KXDR mühərrikləri özü istehsal etməyə qadirdir", - deyə müsahib agentliyə bildirib.

Bundan əvvəl isə "The New York Times" mənbəyə istinadən xəbər verib ki, Şimali Koreya özünün ballistik raketləri üçün mühərrikləri qara bazardan əldə edə bilər. 

Son xəbərlər

Orphus sistemi