KİV: Səudiyyə Ərəbistanı Qətərin quruya çıxışını bağlamaq istəyir

KİV: Səudiyyə Ərəbistanı Qətərin quruya çıxışını bağlamaq istəyir Bakı. 6 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Qətərlə quru əlaqəsini tam olaraq kəsmək üçün su kanalının tikintisi layihəsi hazırlayır.
Digər ölkələr
6 Aprel , 2018 13:22
KİV: Səudiyyə Ərəbistanı Qətərin quruya çıxışını bağlamaq istəyir

Bakı. 6 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Qətərlə quru əlaqəsini tam olaraq kəsmək üçün su kanalının tikintisi layihəsi hazırlayır.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, layihənin uzunluğu 60 km, eni 20 metr, dərinliyi isə 20 metr olacaq.

Bildirilib ki, layihə reallaşarsa, onda Qətərin quruya çıxışı tamamilə kəsiləcək.

Layihənin 12 aya başa çatacağı nəzərdə tutulur. Bu planın bölgədə turizmin inkişafına təsir edəcəyi iddia olunur. Layihənin dəyəri 2,8 milyard dollardır. Plan rəsmi təsdiq və lisenziyalaşdırma mərhələsindədir.  

Son xəbərlər

Orphus sistemi