KİV: Rusiya Suriyada hərbi məsləhətçilərini və polisi saxlamağı planlaşdırır

KİV: Rusiya Suriyada hərbi məsləhətçilərini və polisi saxlamağı planlaşdırır HKQ-nin qarışıq aviaqrupu azaldıla bilər, amma ölkədə Rusiya obyektləri qoruyan HHM sistemləri saxlanılacaq
Digər ölkələr
30 Oktyabr , 2017 13:42
KİV: Rusiya Suriyada hərbi məsləhətçilərini və polisi saxlamağı planlaşdırır
Pravda.Ru

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya hökuməti Suriyadakı qüvvələrinin və vasitələrinin bir hissəsinin geri çağırılması variantını nəzərdən keçirir.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, planın baş tutacağı təqdirdə Suriyada yalnız Hmeymim və Tartus şəhərlərindəki obyektlərin mühafizəsi üçün zəruri olan kontingent, hərbi polis və hərbi məsləhətçilər qalacaqlar.

Mənbələr Hərbi-Kosmik Qüvvələrin (HKQ) qarışıq aviaqrupunun azaldıla biləcəyini, amma ölkədə Rusiya obyektləri qoruyan hava hücumundan müdafiə (HHM) sistemlərinin saxlanılacağını qeyd ediblər.

"Əsas vəzifə böhranın siyasi yolla həllinə keçid olacaq", - mənbələr bildirib.

Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib. Lakin plana görə, Hmeymim bazasında qarışıq aviaqrupun heyətindən texnikanın qismən azaldılması və hərbi kontingentin, o cümlədən mühəndis və texniki personalın bir hissəsinin geri göndərilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi