Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinə məxsus A320 sərnişin təyyarəsini qaçıran şəxsin adı açıqlanıb.
"Report" Misirin dövlət televiziyasına istinadən xəbər verir ki, layneri ələ keçirib reysin istiqamətini dəyişən İbrahim Samaha adlı Misir vətəndaşıdır.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, o, Kiprdə siyasi sığınacaq istəyib.