KİV: Meksikada gecə klubuna hücumu narkokartel təşkil edib

KİV: Meksikada gecə klubuna hücumu narkokartel təşkil edib Bakı. 11 mart. REPORT.AZ/ Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində La Playa gecə klubuna 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu Halisko - Yeni nəsil narkokarteli təşkil edib.
Digər ölkələr
11 Mart , 2019 01:57
KİV: Meksikada gecə klubuna hücumu narkokartel təşkil edib

Bakı. 11 mart. REPORT.AZ/ Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində "La Playa" gecə klubuna 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu "Halisko - Yeni nəsil" narkokarteli təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə araşdırmanın gedişi ilə tanış mənbələrə istinadən "Milenio" qəzeti bildirib.

Mənbələrin məlumatına görə, Salamanka şəhərindəki gecə klubunda "Halisko - Yeni nəsil"lə düşmənçilik aparan "Santa-Rosa-de-Lima" cinayətkar qruplaşmasının rəhbəri Xose Antonio Yepeso ilə əlaqədə olan bir neçə nəfər olub.

Hücumu təşkil edənlər hadisə yerindən qaçaraq gizlənməyə nail olublar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onları axtarır.

Qeyd edək ki, şənbə günü silahlı şəxslər "La Playa" gecə klubuna hücum edib və binada olan insanlara atəş açıb. Şahidlərin sözlərinə görə, hücum zamanı klubda 20-dən çox adam olub. Onlardan 15-i öldürülüb.

Son xəbərlər

Orphus sistemi