​KİV: Livan-Suriya sərhədində 8 terrorçu məhv edilib

​KİV: Livan-Suriya sərhədində 8 terrorçu məhv edilib Livan ordusu ekstremist qruplaşmaların məskunlaşdığı Ersal rayonunu mühasirəyə alıb
Digər ölkələr
19 Oktyabr , 2015 20:19
​KİV: Livan-Suriya sərhədində 8 terrorçu məhv edilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Livan hərbçiləri Suriyanın Ersal şəhərinin yaxınlığında Vadi-Hmeyid rayonunda yerləşən silahlıların düşərgəsinə raket atəşi endirib.

"Report"un verdiyi xəbərə görə, bu barədə məlumatı "Daily Star" qəzetinin elektron versiyası yayıb.

Partlayış nəticəsində "Cəbhəte ən-Nüsrə" üzvlərindən 8 terrorçu öldürülüb, 11 isə yaralanıb.

Livan ordusu ekstremist qruplaşmaların məskunlaşdığı Ersal rayonunu mühasirəyə alıb.

Ötən həftə orada mütəmadi olaraq atışma səsi eşidilib. Silahlılar 25 Livan əsgər və jandarmını girov saxlayır. Onlar 2014-cü ilin avqustunda Ersalı zəbt edərkən girov götürülüblər.  

Son xəbərlər

Orphus sistemi