Yuxarı

KİV: KXDR və Cənubi Koreyanın olimpiya komandaları eyni bayraq altında iştirak edə bilər

KİV: KXDR və Cənubi Koreyanın olimpiya komandaları eyni bayraq altında iştirak edə bilər
© Daily Mirror

Bakı. 16 yanvar. REPORT.AZ/ Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikasının (KXDR) komandaları Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində üzərində Koreya yarımadasının konturlarını əks etdirən ümumi bayraq altında iştirak edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "TheDong-AIlbo" qəzetinə müsahibəsində Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri To Çjon Xhvan bildirib.

"Müzakirələr hələ tamamlanmayıb, lakin tərəflər idmançıların birgə keçidinə razılaşarsa, bu, ağ fonda Koreya yarımadasının göy rəngdə konturlarının əks olunduğu ümumi bayraq olacaq", - nazir vurğulayıb.

Onun sözlərinə görə, belə yanaşma Olimpiya Oyunlarının məqsədi olan sülhün rəmzi olacaq.

Öz növbəsində, Cənubi Koreyanın hakim "Toburo" Demokratik Partiyası bu planı dəstəkləyib.

Qeyd edək ki, bu ilin əvvəlində Şimali və Cənubi Koreyanın nümayəndələri Phanmuncom sərhəd məntəqəsində son iki ildə ilk dəfə nazirlik səviyyəsində danışıqlar aparıblar. Danışıqların yekunlarına əsasən tərəflər KXDR-in Pxençxandakı Olimpiadaya hökumət nümayəndələrinin daxil olacağı nümayəndə heyəti göndərəcəyinə dair qərar qəbul ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi