KİV: Hindistanın keçmiş naziri korrupsiyaya görə saxlanılıb

KİV: Hindistanın keçmiş naziri korrupsiyaya görə saxlanılıb Hindistan polisi daha əvvəl ölkənin maliyyə naziri (1996-1997, 1997-1998, 2004-2008 və 2012-2014-cü illərdə) və daxili işlər naziri (2008-2012-ci illərdə) vəzifələrini tutan siyasətçi Palaniappan Çidambaramı saxlayıb.
Digər ölkələr
22 Avqust , 2019 11:37
KİV: Hindistanın keçmiş naziri korrupsiyaya görə saxlanılıb

Hindistan polisi daha əvvəl ölkənin maliyyə naziri (1996-1997, 1997-1998, 2004-2008 və 2012-2014-cü illərdə) və daxili işlər naziri (2008-2012-ci illərdə) vəzifələrini tutan siyasətçi Palaniappan Çidambaramı saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, sabiq nazir korrupsiya və çirkli pulların yuyulması ilə bağlı iki epizodda ittiham olunur. Siyasətçi gecəni özünün daxili işlər naziri olduğu zaman açılan Mərkəzi İstintaq Bürosunun binalar kompleksində keçirib.

Bu gün sabiq nazirin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

P.Çidambaram ünvanına yönəlmiş ittihamların siyasi motivli olduğunu söyləyir.

Son xəbərlər

Orphus sistemi