KİV: Fransua Fiyonun seçki qərargahının rəhbəri istefa verib

KİV: Fransua Fiyonun seçki qərargahının rəhbəri istefa verib Altmış üç yaşlı Patrik Stefanini istefa ərizəsini Fiyona təqdim edib
Digər ölkələr
1 Mart , 2017 15:35
KİV: Fransua Fiyonun seçki qərargahının rəhbəri istefa verib

Bakı. 1 mart. REPORT.AZ/ Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd olan Fransua Fiyonun seçki qərargahının rəhbəri Patrik Stefanini istefa verib.

"Report" xəbər verir ki, "Le Figaro" qəzeti partiyadakı mənbələrinə istinadən 63 yaşlı P.Stefanininin istefa ərizəsini Fiyona təqdim etdiyini yazıb.

Qeyd edək ki, bu gün səhər F.Fiyon Parisdə Versal qapılarındakı sərgi mərkəzində təşkil edilən kənd təsərrüfatı məhsulları sərgisinə getməli olsa da, son anda səbəblərini göstərmədən səfəri ləğv edib. Bir müddət sonra F.Fiyon rəsmi seçki qərargahında mətbuat üçün bəyanatla çıxış etməldir.

Qəzet həmçinin Fransua Fiyonun və həyat yoldaşı Penelopanın, böyük ehtimalla, dövlət vəsaitini mənimsəmə və uydurma məşğulluq işi üzrə məhkəməyə çağırıldıqlarını yazıb. Nəşr hətta adları çəkilənlərin məhkəməyə martın 15-də və 18-də getməli olduqlarını qeyd edib.

Son xəbərlər

Orphus sistemi