Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62-yə çatıb - YENİLƏNİB-2

Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62-yə çatıb - YENİLƏNİB-2 Əfqanıstanda məsciddə cümə namazı zamanı törədilən iki partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Digər ölkələr
18 Oktyabr , 2019 17:56
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62-yə çatıb - YENİLƏNİB-2

Əfqanıstanda məsciddə cümə namazı zamanı törədilən iki partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, bu barədə Nəngərhar vilayəti rəhbərinin rəsmi nümayəndəsi Ataulla Hoqyani məlumat yayıb.

Onun sözlərinə görə, partlayışlar nəticəsində, təqribən, 60 nəfər də xəsarət alıb.


***16:57

Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi "Twitter" hesabından məlumat yayıb.

Məlumata görə, onlarla yaralı xəstəxanalara göndərilib.

Partlayış nəticəsində məscidin damının uçduğu bildirilir.

Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri başverənlərə görə məsuliyyəti üzərinə götürməyib.


*** 15:14

Əfqanıstanda cümə namazı zamanı məscidə raket düşüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Tolo news" telekanalının məlumatına görə, Nəngərhar vilayətində baş vermiş hadisə zamanı iki partlayış qeydə alınıb. Nəticədə azı 17 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi