Yuxarı

KİV: Bu gün ABŞ Fələstin Azadlıq Təşkilatının Vaşinqton nümayəndəliyini bağlayacaq

Dinlə

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Adminstrasiyası sentyabrın 10-da Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlandığını elan edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı “Wall Street Journal” yayıb.

Bildirilib ki, məsələ ilə bağlı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton uyğun bəyantla çıxış edəcək.

Onun edəcəyi çxışdan sitat da yayılıb: “ABŞ həmişə dostu və müttəfiqi İsrailin yanında olacaq. Fələstin İsraillə birbaşa danışqılardan imtina etdiyi üçün Donald Tramp Adminstarisiyası Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyini bağlayacaq”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq agentliyinin maliyyələşdirilməsini də dayandırb. ABŞ cari ilin yanvarında “bu yükü tək daşımaq niyyətində” olmadığını bildirərək, bu istiqamətdə maliyyənin həcmini 365 milyon dollardan 60 milyon dollaradək azaltmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi