Yuxarı

KİV: Brexit üzrə dördüncü səsvermə 4 apreldə baş tuta bilər

​KİV: Brexit üzrə dördüncü səsvermə 4 apreldə baş tuta bilər

Böyük Britaniyan parlamentində Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması barədə saziş üzrə dördüncü səsvermə keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Nəşr iddia edir ki, parlamentdə "Brexit"in şərtləri ilə bağlı baş nazir Tereza Mey və Aİ rəhbərliyi arasında imzalanmış razılaşmanın yekun səsverməsi 4 aprel tarixində baş tuta bilər.

Qeyd edək ki, artıq Böyük Britaniya parlamenti Brexit üzrə sövdələşməni üç dəfə rədd edib.Hökumətin sazişi parlamentdən keçirmək üzrə əvvəlki cəhdləri də nəticəsiz qalıb. "The Daily Telegraph" nəşri isə bildirib ki, Brexit sazişi dördüncü səsvermədən keçməyəcəyi təqdirdə Tereza Mey vəziyyətdən çıxmaq üçün növbədənkənar ümumi parlament seçkilərinin keçirilməsini irəli sürə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi