Bakı. 31 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsini - ölkənin Avropa İttifaqından (Aİ) çıxışının ikiillik prosedurunu bu il martın 9-da başladacaq.
"Report" xəbər verir ki, bu barədə "Times" qəzeti yazıb.
Nəşr baş nazirin əvvəlcədən "Brexit"i başladacağı tarixi açıqlamadığını, yalnız mart ayının sonunu son tarix kimi göstərdiyini yazıb.
Lakin Britaniya hökuməti dünən Lordlar Palatasına Birləşmiş Krallığın Aİ-dən çıxışı ilə bağlı qanun layihəsinin martın 7-də təsdiqlənməsini istədiyini məlumat verib.
"Times" yazıb ki, bundan sonra martın 8-də maliyyə naziri Filip Hammond büdcə məlumatı ilə çıxış edəcək, martın 9-da isə Maltada başlayacaq Aİ-nin ikigünlük sammitində T.Mey 50-ci maddənin işə salındığını elan etməyə fürsət qazanacaq.