KİV: Boris Conson onu tərifləyən Trampla görüşməkdən imtina edib

KİV: Boris Conson onu tərifləyən Trampla görüşməkdən imtina edib Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson ABŞ prezidenti Donald Trampla təkbətək görüşməkdən imtina edib.
Digər ölkələr
4 İyun , 2019 17:53
KİV: Boris Conson onu tərifləyən Trampla görüşməkdən imtina edib

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson ABŞ prezidenti Donald Trampla təkbətək görüşməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbəyinə istinadən məlumat verib.

Qeyd olunur ki, Tramp və Conson dünən telefonda, təxminən, 20 dəqiqə söhbət ediblər. Mənbənin bildirdiyinə görə, onlar çox mehriban söhbət ediblər.

Daha əvvəl ABŞ prezidenti Britaniyanın sabiq xarici işlər naziri və Londonun keçmiş merinin "yaxşı oğlan" olduğunu və hər zaman onu bəyəndiyini söyləmişdi.

Son xəbərlər

Orphus sistemi