Bakı. 1 aprel. REPORT.AZ/ Belçika təhlükəsizlik xidməti 37 qaçqınla əlaqədar istintaq aparır. "Report" TASS-a istinasən xəbər verir ki, onlar İŞİD ilə əlaqəsinin olmasında şübhəli bilinir.
"Sudpresse" mediaqrupunun məlumatına görə, xüsusi xidmət orqanları 2015-ci ilin sentyabrından İraq və Misirdən gələn miqrantların, dekabrdan isə Belçikaya gələn istənilən miqrantın "sistematik skrininq"ini həyata keçirib.
KİV-in məlumatına görə, artıq 12 mindən çox miqrantlar və qaçqın "yoxlamadan" keçib.