​KİV: Belarus və Ermənistan "Şərq Tərəfdaşlığı" bəyannaməsindən imtina edib

​KİV: Belarus və Ermənistan "Şərq Tərəfdaşlığı" bəyannaməsindən imtina edib Aİ mətnin kompromis variantını hazırlamağa məcbur olub
Digər ölkələr
21 May , 2015 09:36
​KİV: Belarus və Ermənistan Şərq Tərəfdaşlığı bəyannaməsindən imtina edib

Bakı. 21 may. REPORT.AZ/ Belarus və Ermənistan Aİ nümayəndələri tərəfindən hazırlanan Riqadakı "Şərq Tərəfdaşlığı" sammitinin  bəyannamə mətnini imzalamaqdan imtina edib. Mətndə Krımın Rusiya tərəfindən ilhaq olunmasına dair bəndlər var. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Aİ diplomatları mətnin kompromis variantını hazırlamağa məcburdur.

"Danışıqlar çətin keçib", - Brüsseldə Aİ nümayəndəsi sammitin bəyannaməsi layihəsini nəzərdən keçirdikdən sonra bildirib. 

O qeyd edib ki, sammitin uğuru onun Moskvada necə qəbul olunacağından asılıdır. 

Riqadakı sammitdə Aİ, Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarus XİN rəhbərləri görüşəcək. 

Sammitin kommünikesi mayın 22-də dərc olunacaq. 

Son xəbərlər

Orphus sistemi