ABŞ dövlət katibi İsrail-Fələstin münaqişəsinin həlli üçün çərçivə sazişi hazırlayır

ABŞ dövlət katibi İsrail-Fələstin münaqişəsinin həlli üçün çərçivə sazişi hazırlayır Sazişə əsasən, Fələstin 1967-ci ilin sərhədləri çərçivəsində müstəqil dövlət kimi tanınacaq
Digər ölkələr
26 Dekabr , 2016 17:05
ABŞ dövlət katibi İsrail-Fələstin münaqişəsinin həlli üçün çərçivə sazişi hazırlayır

Bakı. 26 dekabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri İsrail-Fələstin münaqişəsinin həlli üçün çərçivə sazişi hazırlayır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, sazişə əsasən, Fələstin 1967-ci ilin sərhədləri çərçivəsində müstəqil dövlət kimi tanınacaq.

Fələstində işıq üzü görən "Əl-Qüds" qəzetinin məlumatına görə, C.Kerri sənədi Yaxın Şərq üzrə bütün gələcək danışıqlar üçün əsas etmək və bunun 2017-ci ilin yanvar ayında Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlməsindən sonra da qüvvədə qalmasını istəyir.

Güman edilən sazişin müddəaları arasında Fələstinin yəhudi dövləti İsraili tanıması və digər tərəfdən İsrailin Fələstini paytaxtı Şərqi Qüds olmaqla tanıması yer alıb. Hazırlanmış sənəd həmçinin ərazi mübahisələri məsələlərinin və işğal altındakı Fələstin torpaqlarında inşa edilmiş İsrail yaşayış məskənlərinin mənsubiyyəti məsələsinin həllini təklif edir.

Qeyd edək ki, gələn il yanvarın 15-də Parisdə Yaxın Şərq üzrə beynəlxalq konfrans keçiriləcək.

Son xəbərlər

Orphus sistemi