Bakı. 5 fevral. REPORT.AZ/ Əfqanıstanda kəskin hava şəraiti onlarla insanın ölümünə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin rəhbəri Səid Abdulla Hamayun məlumat verib.
Onun sözlərinə görə, ölkənin Badahşan, Bamian, Pərvan və Herat bölgələrində əlverişsiz hava şəraiti, qar uçqunları nəticəsində 37 nəfər ölüb.
Güclü qar səbəbindən Hindquş dağlarındakı strateji keçid – ölkənin şimal vilayətlərini əlaqələndirən Salanq tuneli də bağlanıb.
Bununla yanaşı, beynəlxalq Kabil aeroportunun da reysləri təxirə salınıb.