Kerri velosiped qəzasına görə Avropa səfərini təxirə salıb

Kerri velosiped qəzasına görə Avropa səfərini təxirə salıb Omba sümüyü sınan Con Kerrinin müalicəsi Boston xəstəxanasında davam etdiriləcək
Digər ölkələr
31 May , 2015 18:55
Kerri velosiped qəzasına görə Avropa səfərini təxirə salıb

Bakı. 31 May. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri İsveçrədə Cenevrədə velosiped qəzasında ayağını sındırdığı üçün dörd ölkəyə səfərini təxirə salıb.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Kerri qəzadan sonra vertolyotla Cenevrə xəstəxanasına aparılıb.

Dövlət Departamenti Con Kerrinin qəza zamanı huşunu itirmədiyini və onun sağlıq durumunun sabit olduğunu bildirib. Kerrinin qəza keçirdiyi zaman paramediklər və həkim onu müşayiət edən avtomobildə olublar.

Omba sümüyü sınan Con Kerrinin müalicəsi Boston xəstəxanasında davam etdiriləcək. Dövlət katibinin sözçüsünün bildirdiyinə görə, Con Kerri omba sümüyündə cərrahiyyə əməliyyatı keçirmiş eyni həkim tərəfindən müalicə olunacaq.

ABŞ Dövlət katibi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar üçün İsveçrəyə səfər etmişdi.

Danışıqlar İranın Qərbin müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilmədiyini bildirməsindən sonra planlaşdırıldığı kimi bazar günü davm etdirilməyib.

Kerri İsveçrədən sonra danışıqlar üçün İspaniyaya və oradan terrorçu "İslam Dövləti" qruplaşmasına qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak etmək üçün Parisə səfər etməli idi. 

Son xəbərlər

Orphus sistemi