Kerri Trampa qarşı keçirilən “Qadınlar yürüşü”ndə iştirak edib

Kerri Trampa qarşı keçirilən “Qadınlar yürüşü”ndə iştirak edib ABŞ-ın sabiq dövlət katibi mitinqə öz iti ilə gəlib
Digər ölkələr
22 Yanvar , 2017 02:10
Kerri Trampa qarşı keçirilən “Qadınlar yürüşü”ndə iştirak edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 20-də ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonda dövlət başçısına qarşı keçirilən “Qadınlar yürüşü”nə qatılıb.

“Report” xəbər verir ki, Amerikanın CBS telekanalı kütləvi nümayişi canlı yayımlandırıb.

Con Kerri mitinqə Ben ləqəbli iti ilə gəlib. Tezliklə nümayişçilər onu əhatəyə alıblar. Sabiq dövlət katibi başına toplaşanları salamlayıb və onlarla əl sıxaraq minnətdarlıq bildirib. Bununla belə, bəziləri onu “hərbi cinayətkar” adlandırıblar.

Son xəbərlər

Orphus sistemi