Kerri: "Suriyada zorakılıq səviyyəsi 80-90% azalıb"

Kerri: "Suriyada zorakılıq səviyyəsi 80-90% azalıb" "Lakin biz aydın şəkildə bildirdik ki, Əsəd rejimi bu prosesi şəxsi məqsədləri üçün istifadə edə bilməz"
Digər ölkələr
12 Mart , 2016 16:50
Kerri: Suriyada zorakılıq səviyyəsi 80-90% azalıb

Bakı. 12 mart. REPORT.AZ/ Atəşkəs rejimi elan olunduğu andan Suriyada zorakılıq səviyyəsi 80-90% azalıb və ümumilikdə, sülh sazişinə əməl olunur. 

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri  bildirib.

"Lakin biz aydın şəkildə bildirdik ki, digər tərəflərin  qorumağa çalışdığı  bu prosesi Əsəd rejimi şəxsi məqsədləri üçün istifadə edə bilməz", - Kerri qeyd edib. 

Onun sözlərinə görə, ABŞ və Rusiya nümayəndələri Suriya müxalifət qruplarının atəşkəs şərtlərinin pozulmasına dair şikayətlərini müzakirə etmək üçün Amman və Cenevrədə bir araya gələcəklər. 

Son xəbərlər

Orphus sistemi