Con Kerri yaxın vaxtlarda Filippinə səfər etmək niyyətindədir

Con Kerri yaxın vaxtlarda Filippinə səfər etmək niyyətindədir "ABŞ Filippinlə sıx münasibətləri yüksək qiymətləndirməkdə davam edir"
Digər ölkələr
3 Noyabr , 2016 21:35
Con Kerri yaxın vaxtlarda Filippinə səfər etmək niyyətindədir

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri yaxın vaxtlarda Amerika diplomatiyasının rəhbəri postunda səlahiyyət müddəti başa çatanadək Filippinə səfər edəcəyinə ümid bəsləyir.

"Report" xəbər verir ki, bu barədə o, ABŞ-ın bu ölkəyə yeni səfirinin təyin olunması mərasimində çıxışı zamanı bildirib.

"Mən dövlət katibi postunda səlahiyyət müddətim başa çatanadək bu ölkəni ziyarət edəcəyimə çox ümid bəsləyirəm", — deyə Kerri bildirib.

Dövlət katibi, həmçinin qeyd edib ki, ABŞ Filippinlə sıx münasibətləri yüksək qiymətləndirməkdədir.

İki ölkə arasında münasibətlər Filippinin yeni prezidenti Rodriqo Dutertenin ABŞ-ın ünvanına rezonans doğuran ifadələr səsləndirməsindən sonra gərgin olaraq qalır.

Son xəbərlər

Orphus sistemi