Kerri İranla nüvə danışıqları barədə açıqlamalar verib

Kerri İranla nüvə danışıqları barədə açıqlamalar verib "ABŞ İranın nüvə silahı istehsalı ilə bağlı şübhəli fəaliyyəti haqda tam məlumata malikdir"
Digər ölkələr
18 İyun , 2015 01:14
Kerri İranla nüvə danışıqları barədə açıqlamalar verib

Bakı. 18 İyun. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri bildirib ki, ABŞ İranla nüvə razılışması əldə etmək üçün son möhlət yaxınlaşdıqca əsas diqqəti Tehranın əvvəlki nüvə fəaliyyəti üzərində saxlamır.

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Kerri bildirib ki, ABŞ İranın əvvəllər nə etdiyini bilir və Tehranın nüvə silahı istehsalı və komponentlərin testi ilə bağlı şübhəli fəaliyyəti haqda tam məlumata malikdir.

“Bizim narahatlıqlarımız bundan sonra ilə bağlıdır”, - deyə Kerry vurğulayıb. “Gələcəyə doğru getdikcə bu fəaliyyətin dayandırıldığı və bizim legitim yolla buna əmin ola bilməyimiz olduqca vacibdir”,- deyə, o, əlavə edib.

Amerika Birləşmiş Ştatları və danışıqlarda onun tərəfdaşları olan Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya İranla nüvə razılaşması əldə etmək üçün iyunun 30-na qədər vaxt qoyub.

Son xəbərlər

Orphus sistemi