Yuxarı

Kerç boğazında yanan iki gəmidə 16 Türkiyə vətəndaşı olub

​Kerç boğazında yanan iki gəmidə 16 Türkiyə vətəndaşı olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Kerç boğazında yanan iki gəmidə, təxminən 16 Türkiyə vətəndaşı olub.

“Report” xəbər verir ki, bunu Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

"Kerç boğazında iki gəmi yanıb. Onlardan birində partlayış və yanğın olub və bu, digərinə də keçib. İlkin məlumatlara görə, hər iki komandada ümumilikdə 31 nəfər olub ki, onlardan da 16-sı türkdür. Gəmilər Tanzaniya bayrağı altında üzüb. Lakin, ola bilsin ki, sahibi Türkiyə vətəndaşıdır", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.

Çelik həmçinin jurnalistlərə bildirib ki, hökumət Türkiyənin Rusiyadakı səfirliyi və yerli hakimiyyət orqanları ilə sıx əlaqədədir.

Bundan əvvəl iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfərin öldüyü məlumat verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi