Yuxarı

Kərbəlada partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

​Kərbəlada partlayış nəticəsində doqquz nəfər ölüb

İraqın Kərbəla şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

“Report” “THMHaber”ə istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Kərbəla əyaləti Səhiyyə İdarəsi partlayış baş verən avtomobildə yanan 5 nəfər xəsətəxanaya yerləşdirilib.


*** 00:44

İraqın Kərbəla şəhərində mikroavtobusda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı doqquz nəfər ölüb, dörd nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən "Al-Sumaria" telekanalı məlumat yayıb.

"Kərbəlanın girişində baş verən partlayış 9 nəfərin ölümü ilə nəticələnib, 4 nəfər yaralanıb", - deyə kanal bildirir.

Qeyd edilir ki, "KİA" markalı mikroavtobusda quraşdırılmış partlayıcı qurğu Kərbəlanın girişindəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığında işə düşüb. Eyni zamanda, Kərbəla vilayət şurasının üzvü Nafi əl-Mayali, "Baghdadtoday" portalına, mikroavtobusun qazla işlədiyini, yanğın baş verdiyini və nəticədə onun partladığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi