Yuxarı

Kərbəlada Aşura mərasimində 31 nəfər ölüb, 96 nəfər yaralanıb

​Kərbəlada Aşura mərasimində 31 nəfər ölüb, 96 nəfər yaralanıb
© Reuters

İraqın Kərbəla şəhərində Aşura günü ilə bağlı keçirilən mərasim zamanı piyada yolunun çökməsi nəticəsində azı 31 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 96-ya çatıb.

Ölkənin Səhiyyə Nazirliyi bu ana qədər 16 nəfərin öldüyünü təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi