​Keniyada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

​Keniyada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb Hadisə nəticəsində ən azı 73 nəfər itkin düşüb
Digər ölkələr
2 May , 2016 03:57
​Keniyada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Bakı. 2 May. REPORT.AZ/ Keniyanın paytaxtı Nayrobidə altımərtəbəli yaşayış evinin dağılması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. "Report" xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bir neçə gün əvvəl baş vermiş hadisə nəticəsində ən azı 73 nəfər itkin düşüb.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam edirilir. Faciə yerinə baş çəkmiş Keniya prezidenti Uxuri Keniata ərazidəki bütün binaların dağılmasının riskinin yoxluğuna əmin olmaq üçün onların yoxlanılmasını tələb edib.

Dövlət başçısı habelə dağılmış binanın sahiblərinin həbs edilməsi haqda göstəriş verib.

Ötən il paytaxtda keçirilmiş tədqiqatlar nəticəsində məlum olub ki, şəhərdəki binaların yarısından çoxu yaşamaq üçün yararsızdır.

Son xəbərlər

Orphus sistemi