Yuxarı

Keniyada toqquşmalar zamanı 33 nəfər öldürülüb

Keniyada toqquşmalar zamanı 33 nəfər öldürülüb
Ölənlər arasında 9 yaşlı uşaq və hamilə qadın da var

Bakı. 16 oktyabr. REPORT.AZ/ Hüquq-müdafiəçiləri Keniyada prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında polislə aksiyaçılar arasında baş vermiş toqquşmalarda 33 nəfərin öldürüldüyünü bildiriblər.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, ölənlər arasında 9 yaşlı uşaq və hamilə qadın da var. 

Aksiyalar Uxur Kennayatın prezident seçilməsindən sonra, bu ilin avqustunda başlayıb. Daha sonra Ali Məhkəmə seçkilərin nəticələrini ləğv edib və yeni dövlət başçısı oktyabrın 26-da seçiləcək.

"HRW" və "Amnesty National" qeyd edib ki, Nayrobi polisi aksiyaların gedişində həddən artıq gücdən istifadə edib və polisin hərəkətləri nəticəsində 33 nəfər həlak olub. Onların arasında eyvanda dayanarkən aldığı güllə yarasından ölən 9 yaşlı uşaq da var.

Aksiyalar zamanı habelə gözyaşardıcı qazdan huşunu itirən və kütlə tərəfindən tapdanaraq ölən hamilə qadın da var.

Keniya polisi bütün bunların yalana əsaslandığını bildirərək təkzib edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi