Keniyada avtobusla yük maşını toqquşub, azı 27 nəfər ölüb

Keniyada avtobusla yük maşını toqquşub, azı 27 nəfər ölüb Hər il Keniyada yol-nəqliyyat qəzaları nəticəsində 3 minə yaxın insan ölür
Digər ölkələr
25 Aprel , 2017 13:17
Keniyada avtobusla yük maşını toqquşub, azı 27 nəfər ölüb

Bakı. 24 aprel. REPORT.AZ/ Keniyada avtobusla yük avtomobilinin toqquşması nəticəsində azı 27 nəfər ölüb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, qəza ölkənin iki böyük şəhərini Keniyanın paytaxtı Nayrobi ilə Mombasunu birləşdirən avtomobil yolunun kəsişməsində olub.

Yerli polisin məlumatına görə, hadisə baş verən zaman avtobus Mombasuya doğru, yük maşını isə əks istiqamətdə hərəkət edirmiş.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Yerli polisin statistikasına əsasən, hər il Keniyada yol-nəqliyyat qəzaları nəticəsində 3 minə yaxın insan ölür.

Son xəbərlər

Orphus sistemi