Keniya quraqlıqla əlaqədar milli fəlakət elan edib

Keniya quraqlıqla əlaqədar milli fəlakət elan edib Ölkə qida yardımı üçün dünya ictimaiyyətinə müraciət edib
Digər ölkələr
13 Fevral , 2017 12:08
Keniya quraqlıqla əlaqədar milli fəlakət elan edib

Bakı. 13 fevral. REPORT.AZ/ Keniya hökuməti ölkədə yaşanan quraqlıqla əlaqədar milli fəlakət elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə qida yardımı üçün dünya ictimaiyyətinə müraciət edib.

"Beynəlxalq tərəfdaşlarımızı hökumətin vəziyyəti nəzarətdə saxlamaq səylərini dəstəkləməyə çağırırıq" - ölkə prezidenti Uhuru Keniatanın bəyanatında deyilir.

Qırmızı Xaç Komitəsinin ilkin hesablamalarına görə, Keniyanın təxminən 2,7 milyon sakininə qida yardımı lazımdır.

Dövlət başçısının bəyanatında hökumətin artıq 70 milyon dollar ayırdığı qeyd edilib. Şərqi Afrika ölkəsinin 47 regionundan 23-də yardıma ehtiyac var.

Son xəbərlər

Orphus sistemi