Bakı. 20 may. REPORT.AZ/ “Hillari Klintonu prezidentliyə heç vax layiqli namizəd saymamışam”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Las-Veqasda keçirilən konfransındakı çıxışında bildirib.
“Prezidentliyə ən layiqli namizəd özümü saymışam”, - deyə Co Bayden vurğulayıb.
O, əlavə edib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilər. Ancaq güman ki, bu addımı atmayacaq.
Xatırladaq ki, Co Bayden bir müddət əvvəl Demokratlar Partiyasının keçirdiyi prezident seçkiləri öncəsi ilkin seçkidə iştirak edəcəyi təqdirdə qalib gələ biləcəyini deyib. Lakin övladı xərcəng xəstəliyindən vəfat etdiyindən siyasi kampaniyada iştirakdan imtina edib.