​Keçmiş birinci ledinin məhkəməsi başlanır

​Keçmiş birinci ledinin məhkəməsi başlanır Hazırda Laurent Gbagbo Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdı
Digər ölkələr
25 Dekabr , 2014 07:36
​Keçmiş birinci ledinin məhkəməsi başlanır
Bakı. 25 dekabr. REPORT.AZ/ Fil Dişi Sahilində keçmiş birinci ledi dekabrın 26-da məhkəməyə çıxarılacaq. 65 yaşlı Simone Gbagbo dövlətin təhlükəsizliyini pozmaqda ittiham olunur. Onunla birlikdə 82 nəfər də məhkəmədə cavab verməlidir.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, 65 yaşlı “Dəmir ledi” ləqəbli Gbagbo 2010 və 2011-ci illərdə seçkidən sonrakı zorakılıqlarda ittiham olunur. 2010-cu ildə Laurent Gbagbo seçkilərdə məğlubiyyətini etiraf etmədi və onun tərəfdarları küçələrə çəxdı. O vaxt həmin toqquşmalarda 3 min adam öldü.

Hazırda Laurent Gbagbo Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır. Bu məhkəmə iyulda olacaq.

Son xəbərlər

Orphus sistemi