Kayman adalarında 5,8 bal gücündə zəlzələ baş verib

Kayman adalarında 5,8 bal gücündə zəlzələ baş verib Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb
Digər ölkələr
16 Noyabr , 2015 06:34
Kayman adalarında 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. 16 noyabr. REPORT.AZ/ Yamaykadan 280 km şimal-qərbdə yerləşən Kayman adalarında 5,8 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Böyük Britaniyanın nəzarətində olan adaların paytaxtı - Corctaun şəhərindən 166 km. şimal-qərqbə yerləşib. Təbii fəlakətin ocağı 6.5 km. dərinlikdə qeydə alınıb.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi