Kataloniyanın muxtar vilayət statusu ləğv edilib

Kataloniyanın muxtar vilayət statusu ləğv edilib İspaniya Senatında keçirilən sessiyada belə bir qərar qəbul edilib
Digər ölkələr
27 Oktyabr , 2017 18:32
Kataloniyanın muxtar vilayət statusu ləğv edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Kataloniyanın muxtar vilayət statusu ləğv edilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İspaniya Senatında keçirilən sessiyada belə bir qərar qəbul edilib. 

Kataloniya Muxtar Vilayətinin bütün səlahiyyətləri İspaniya mərkəzi hökumətinə verilib. 

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də müstəqilliklə bağlı “referendum” keçirilib. İspaniya hökuməti, BMT-nin üzvü olan dövlətlər, Avropa İttifaqı və BMT referendumun nəticələrini tanımayıb. İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi