Kataloniyanın başçısı İspaniyanın baş nazirini görüşməyə dəvət edib

Kataloniyanın başçısı İspaniyanın baş nazirini görüşməyə dəvət edib Karles Puçdemon: "Yaxın iki ay ərzində əsas məqsədimiz dialoqa başlamaqdır"
Digər ölkələr
16 Oktyabr , 2017 11:42
Kataloniyanın başçısı İspaniyanın baş nazirini görüşməyə dəvət edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Kataloniyanın başçısı Karles Puçdemon regionda müstəqlliklə bağlı keçirimiş "referendum"dan sonra İspaniyanın Baş naziri Mariano Raxoya yaxın iki ay ərzində dialoqa başlamağı təklif edib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Dialoqa dəvətimiz ədalətli və səmimidir. Bu baxımdan yaxın iki ay ərzində əsas məqsədimiz dialoqa başlamaqdır", - K.Puçdemonun məktubunda deyilir.

Bununla belə, Kataloniya başçısı regionun statusunu açıqlamır.

Qeyd edək ki, oktyabrın 11-də İspaniya Nazirlər Şurası oktyabrın 1-də keçirilmiş "referendum"la əlaqədar özlərini müstəqil elan etmək istəyən Kataloniya hökumətinə regionun statusuna aydınlıq gətirməklə bağlı sorğu göndərib. Bu gün K.Puçdemon üçün cavab vermək baxımından son gündür.

Əlavə edək ki, cavab olmayacağı və ya onun İspaniya hökumətini razı salmayacağı təqdirdə hakimiyyət orqanları cümə axşamı ölkə Konstitusiyasının muxtar icmada özünüidarəetməni məhdudlaşdırmağa imkan verən 155-ci maddəsini işə salacaq.

Son xəbərlər

Orphus sistemi