Kataloniyada parlament seçkiləri başa çatıb - YENİLƏNİB

Kataloniyada parlament seçkiləri başa çatıb - YENİLƏNİB Bakı. 22 dekabr. REPORT.AZ/ Kataloniyada keçirilən növbədənkənar seçkilərdə regionun müstəqilliyinin tərəfdarı kimi çıxış edən partiyalar qalib gəliblər.
Digər ölkələr
22 Dekabr , 2017 05:06
Kataloniyada parlament seçkiləri başa çatıb - YENİLƏNİB

Bakı. 22 dekabr. REPORT.AZ/ Kataloniyada keçirilən növbədənkənar seçkilərdə regionun müstəqilliyinin tərəfdarı kimi çıxış edən partiyalar qalib gəliblər.

"Report" xəbər verir ki, bu barədə "El Periódico de Catalunya" məlumat yayıb.

Məlumata görə, seçicilərin 99,84 faizinin səsinin hesablanmasından sonra müstəqillik tərəfdarı olan siyasi təşkilatların qalib gəldiyi məlum olub.

Lider mövqeni 37 mandatla sentrist "Vətəndaşlar" partiyası olan "Vətəndaşlar" tutur. Amma müstəqillik tərəfdarları olan "Kataloniyaya görə birlikdə", "Kataloniyanın Sol respublikaçıları" və "Xalq Birliyi Namizədliyi" partiyaları parlamentdə mütləq əksəriyyəti əldə ediblər. Onlar 70 yerdən 68-ini tutacaqlar. 


***00:44

Kataloniyada keçirilən regional növbədənkənar parlament seçkiləri başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, səsvermə məntəqələri səhər saat 9:00-da açılıb. Yerli vaxtla saat 18-ə olan məlumata görə, səsvermələrdə seçicilərin 68,32 faizi iştirak edib. Hazırda səslərin hesablanması prosesi başlayıb.

Qeyd edilir ki, seçkilərdə Kataloniyanın müstəqilliyinin tərəfdarları liderlik edir. İlkin məlumatlara görə, onlar parlamentdəki 135 yerdən 70-i tuta bilərlər.

Daha əvvəl Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon 21 dekabr seçkilərinə müstəqillik haqqında referendum kimi baxmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi