Bakı. 1 oktyabr. REPORT.AZ/ Kataloniyada müstəqilliklə bağlı referenduma start verilib.
"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.
Bildirilir ki, seçki məntəqələri fəaliyyətə başlayıb. Lakin hakimiyyət orqanlarının vədinə baxmayaraq bütün seçki məntəqələri açılmayıb.
Polis əməkdaşları bir sıra məntəqə binalarını əhatəyə almağa cəhd göstərib. Nəticədə qarşıdurma başlayşıb.
Həmçinin bildirilir ki, bir sıra məntəqələrdə seçici bülletenləri çatışmır.